Futbol üzrə Türkiyə millisinin və Rusiya "Anji"sinin sabiq baş məşqçisi Quus Hiddink Hollandiya yığmasını çalışdıra bilər.Siasport.az saytı xəbər verir ki, təcrübəli hollandiyalı futbol mütəxəssisinin 2014-cü il dünya çempionatından sonra Hollandiya millisinin baş məşqçi vəzifəsinə gətiriləcəyi bildirilir. Məlumatda deyilir ki, Hiddinklə 2018-ci ilə qədər müqavilə imzalanacaq. Lakin "Avro-2016"dan sonra 67 yaşlı mütəxəssis baş məşqçi vəzifəsindən istefa verəcək. Bununla belə, Hiddink millidəki işini davam etdirəcək. Belə ki, yığmanın idman strukturunda yer alacaq Hiddinkin hələlik hansı vəzifəyə təyin olunacağı dəqiqləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB