"Bakı" klubu "Atletiko"ya məğlub olub

"Bakı" klubu "Atletiko"ya məğlub olub

Madriddə təlim-məşq toplantısını davam etdirən "Bakı"nın U-14 komandası geridə qalan 2 gün ərzində bir-birindən maraqlı hadisələrin şahidi olub. Siasport.az saytının məlumatına görə, dekabrın 11-i paytaxtda gəzintiyə çıxan gənc futbolçular axşam UEFA Çempionlar Liqasının "Atletiko" - "Porto" qarşılşamasını "Visente Kalderon" stadionun tribunlarından canlı izləyiblər. "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatan oyun həyəcanlı anlara səbəb olub.

Həmin gün nümayəndə heyətində yer alan məşqçilər klubun idarəçiləri ilə bir araya gəliblər. Xarici əlaqələr və əməkdaşlıq layihəsinin rəhbəri Mariya Tereza Cirivi ilə görüşən məşqçilər U-15-in Madriddə təlim keçən 5 üzvü ilə bağlı ətraflı məlumat alıblar. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu gənc futbolçuların şəraiti ilə tanış olaraq, hazırlığın gedişini əks etdirən hesabatı dinləyib.

Bu arada U-14 komandası daha bir yoxlama oyunu keçirib və 1:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, ilk oyunda bakılılar qaib gəlmişdilər.

U-14 komandası ispan məşqçilərin nəzarəti altında hazırlıqlarını davam etdirirlər. Komandanın daha bir yoxlama oyunu keçirəcəyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə