“Qaradağ Lökbatan” - “Şəmkir” matçının keçirilmə yeri niyə dəyişdirildi?

“Qaradağ Lökbatan” - “Şəmkir” matçının keçirilmə yeri niyə dəyişdirildi?

Futbol üzrə Azərbaycan I Divizionunda 14-cü turun "Qaradağ Lökbatan" – "Şəmkir" matçının keçirilmə yeri dəyişdirilib. Siasport.az saytının məlumatına görə, buna səbəb Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün hava şəraiti ilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmamasıdır.

14 dekabr (şənbə)

"Qaradağ Lökbatan" – "Şəmkir"
Hakimlər:
Xəlil Hüseynli, Hüseyn Əsgərov, Maqsud Şıxəliyev, Qorxmaz Eldarov
Hakim-inspektor: Adil Ələsgərov
Binə qəsəbə stadionu, 14:00

Bütün xəbərlər Facebook səhifəmizdə