Noyabr ayının ən yaxşı futbolçusu və ən gözəl qolunun müəllifi mükafatlandırıldı
Topaz Premyer Liqasının noyabr ayının ən yaxşı oyunçusu və ən gözəl qolunun müəllifi mükafatlandırılıb. Siasport.az saytının məlumatına görə, mükafatlandırma mərasimi "Four Seasons" mehmanxanasında təşkil olunub.
Tədbirdə "Azərinteltek" şirkətinin idarə heyətinin sədri Əhməd Sezər, "AzərİdmanServis" MMC-nin baş direktoru Azər Məhərrəmov, Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov iştirak edib.
Sorğunun nəticəsinə görə, noyabr ayının ən yaxşı futbolçusu "İnter"in kapitanı Vaqif Cavadov, noyabr ayının ən gözəl qolunun müəllifi isə Elnur Abdullayev seçilib. Ayın ən yaxşı futbolçusuna 1500 AZN, ən gözəl qolun müəllifinə isə 1000 AZN pul mükafatı verilib.
Qeyd edək ki, Elnur Abdullayev mərasimdə iştirak etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB