UEFA-dan AFFA-ya, AFFA-dan klublara 1 milyon 415 min avro

UEFA-dan AFFA-ya, AFFA-dan klublara 1 milyon 415 min avro

Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürülüb. Siasport.az saytının məlumatına görə, "Neftçi" PFK-ya ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" PİK və "Xəzər Lənkəran" FK Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ" FK-ya isə Avropa Liqasının play-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb.

Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə