Qadın boksçularımız Qazaxıstandan 5 medalla dönüblər

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayeva final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq, gümüş medala sahib olub.

Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...