"Bakı" FK-nın üzvləri Ümummilli Lider Heydər Əliyevi yad ediblər

"Bakı" FK-nın üzvləri Ümummilli Lider Heydər Əliyevi yad ediblər

"Bakı" futbol klubunun üzvləri, gənc və yeniyetmə futbolçular Ümummilli Lider Heydər Əliyevin anım günündə bir araya gələrək, Ulu Öndərin əziz xatirəsini yad ediblər. Siasport.az saytının məlumatına görə, klub muzeyinə toplaşan futbolçular dahi liderin həyat və fəaliyyətini əks etdiən fotostendləri və eksponatları izləyiblər.

Ümummilli Lider Heydər Əliyev haqqında yazılan çoxsaylı kitabların yer aldığı rəflər gənc futbolçuların maraq dairəsində olub. Onlar müsair Azərbaycanın yaradıcısı Heydər Əliyevin keçdiyi keçməkeçli və şərəfli həyat yolunu işıqlandıran ən son nəşrləri vərəqləyərək, muzeyin zəngin biblioqrafiyası ilə tanış olublar.

Klubun departament rəhbəri Nəriman Mehdiyev Ümummili Lideri dünya dahiləri sırasına ucaldan tarixi hadisələr barədə geniş məlumat verərək, Ulu Öndərin xalqımızın müstəqəlliyi, əminamanlığı və firavanlığı naminə xidmətlərini haqda söhbət açıb.

Sonda anım iştirakçıları Ümummili Liderin klubun bazasında ucaldılan büstü önündə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə