"Barselona" futbol klubunun baş məşqçisi Xerardo Martino, braziliyalı Neymar barədə maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, argentinalı futbol mütəxəssisi, dünən UEFA Çempionlar Liqasının qrup mərhələsində "Seltik" üzərində qazanılan 6:1 hesablı görüşdə het-trik edən Neymarın mərkəz hücumçusu mövqeyində özünü yaxşı tərəfdən göstərdiyini dilə gətirib: "Neymar oyuna yaxşı başlamadı. O mərkəz hücumçusu mövqeyinə uyğunlaşmalı idi. Lakin vurduğu ilk qoldan sonra o bu mövqedə oynaya bildiyini sübut etdi. Neymar haqda daha nə deyə bilərəm? Onun topu özündə saxlamaq istedadı var. Matça gəldikdə isə bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Uzun müddət yüksək tempi saxlaya bildiyimiz üçün çox şadam. Əsas hədəfimiz "Seltik"ə qarşı nümayiş etdirdiyimiz oyunu digər görüşlərdə də təkrarlamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB