“Lokomotiv” 1/4 finalda

Qadın voleybolçulardan ibarət komandalar arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Bakının "Lokomotiv" komandası səfərdə İsrailin "Hapoel" kollektivinin qonağı olub.
Azərbaycanlı voleybolçuların üstünlüyü şəraitində keçən görüş "Lokomotiv"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da Bakı təmsilçisi rəqibini eyni hesabla məğlub etmişdi. İki görüşün nəticəsinə əsasən, "Lokomotiv" komandası CEV kuboku yarışlarının 1/4 final mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə