“Rabitə” Fransa komandasını məğlub edib

“Rabitə” Fransa komandasını məğlub edib

Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının 5-ci turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu "Rabitə" komandası növbəti oyununa çıxıb.
"Sərhədçi" Olimpiya İdman Mərkəzində "Rabitə" Fransanın "Bezye" komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə "Rabitə" komandası 3:1 hesabı ilə qalib gəlib.
Hesabında 14 xal olan "Rabitə" komandası qrup cədvəlinə liderlik edir. Rusiyanın "Omıçka" komandası 10 xalla ikinci, "Drezdner" (Almaniya) isə 3 xalla üçüncü pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə