Honda "Milan"da!

İtaliyanın "Milan" futbol klubu, transfer işlərinə start verib. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisi artıq indidən qış transfer siyasətini reallaşdırmağa başlayıb. Belə ki, İtaliya futbol klubu Moskva "OMİK"ində forma geyən yaponiyalı futbolçu Kiesuke Honda ilə prinsipial anlaşma əldə edib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, "Milan"ın vitse prezidenti olan Adriano Galliani jurnalistlərə bildirib ki, yapon futbolçu artıq "Milan"ın rəsmi futbolçusu sayılır və o komandada 10 nömrəli forma ilə çıxış edəcək. Xatırladaq ki, futbol üzrə Yaponiya millisinin də üzvü olan 27 yaşlı futbolçu Moskva klubunda 2010-cu ildən bəri forma çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə