UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn daha bir komandanın adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, dünən kəskin qar yağıntısı üzündən yarımçıq dayandırılan "Qalatasaray"-"Yuventus" oyunu bu gün davam etdirilib. "Türk Telekom Arena"da keçirilən qarşılaşma gərginliyi ilə yadda qalıb. Xüsusi ilə, hazırda "Qalatasaray"da çıxış edən "Yuventus"un sabiq futbolçusu Felipe Melo ilə italyan klubunun futbolçuları arasında yaşanan gərginlik portuqaliyalı hakimin işini çətinləşdirirdi. Bunun nəticəsində braziliyalı futbolçu sarı vərəqə ilə cəzalandırılıb. İstanbul klubuna qələbə gətirən qolu isə Uesli Sneyder qarşılaşmanın 83-cü dəqiqəsində "Yuventus"un qapısından keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB