"Qarabağ" klubu "Bakı" ilə oyuna itkilərlə çıxacaq

"Qarabağ" klubu "Bakı" ilə oyuna itkilərlə çıxacaq

"Qarabağ" klubu məşqlərə başlayıb. Siasport.az saytının məlumatına görə, komanda bu gün "Bakı" ilə oyunun hazırlıqlarına start verib. Ağdam təmsilçisi iddialı rəqibinə qarşı tam heyətlə mübarizə apara bilməyəcək. Rəşad Sadıqovla, Reynaldo vərəqə limitini doldurduqlarına görə, Admir Teli, Riçard Almeyda isə zədəyə görə bu oyunu buraxacaq. "Neftçi" ilə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı, Vüqar Nadirovun da zədə problemi var. Amma adı çəkilənlərin taleyinə oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, "Bakı" - "Qarabağ" oyunu dekabrın 15-i, saat 14:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə