İlin ən yaxşı futbolçusu mükafatlandırılacaq

İlin ən yaxşı futbolçusu mükafatlandırılacaq

Dekabrın 17-də, "Hilton Baku" otelinin "Sevda" zalında AFFA və "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması və milli komandalarda ilin ən yaxşı futbolçuarının mükafatlandırılması mərasimi keçiriləcək. Siasport.az saytının məlumatına görə, tədbir saat 12:30-da başlayacaq.

Giriş dəvətnamə ilə olacaq.

Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələri dekabrın 12-də və 13-də saat 9:00-dan saat 18:00-a qədər [email protected] ünvanına müraciət etməklə qeydiyyatdan keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə