London "Arsenal"ının fransız baş məqşçisi olan Arsen Venger, "Napoli" ilə keçiriləcək qarşılaşma ərəfəsində maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, F qrupunda "Napoli"ni məğlub edib qrup mərhələsini lider kimi başa vurmaq istədiklərini elan edərək bildirib ki, italyan komandasına qarşı qələbə üçün meydana çıxacaqlar. Jurnalistlərin, çılğın italyan azarkeşlərdən çəkinib-çəkinmədiyi barədəki suallarına cavab verən A.Venger, bir çox çılğın stadionlarda gərgin oyunlar keçirdiklərini dilə gətirib. Xüsusi ilə "Fənərbaxça", "Borrusiya" kimi komandaların azarkeşlərinin qarşısında meydana çıxdıqlarını xatırladan A.Venger, "Napoli" tərəfdarlarının onlara hansısa maniə yaradacaqlarına inanmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB