Matias Pelk: "Kütlə mənə qarşı köklənəndə daha yaxşı döyüşürəm"

Matias Pelk: "Kütlə mənə qarşı köklənəndə daha yaxşı döyüşürəm"

"Almaniya hüdudlarından kənarda ilk dəfə deyil ki, döyüşəcəyəm. Döyüşün Qəbələdə keçiriləcəyindən narahat deyiləm". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan idmançısı Fariz Məmmədovun IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün döyüşəcəyi Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelk deyib. O, gücünə əmin olduğunu qeyd edib: "Kütlə mənə qarşı köklənəndə daha yaxşı döyüşürəm. Ümid edirəm ki, mənim burada da azarkeşlərim olacaq. Öz gücümə əminəm. Yoxsa, Bakıya gəlməzdim".

Bütün xəbərlər Facebook səhifəmizdə