Bu gün "Bakı" "Atletiko" ilə qarşılaşacaq

Bu gün "Bakı" "Atletiko" ilə qarşılaşacaq

Madriddə təlim-məşq toplantısı keçirən "Bakı"nın U-14 komandası "Atletiko"nun bazasında ilk məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, yerli məqşçilərin nəzarəti altında keçən məşq, əsasən, tanışlıq xarakteri daşıyıb.

U-14 komandası ilə birgə Madridə yollanan məşqçilər heyətinin üzvləri isə "Atletiko"nun məşqini izləyiblər. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu Arda Turanla görüşərək, ona Azərbaycan futbolsevərləri adınan salamlarını çatdırırb.

Qeyd edək ki, bu gün U-14 "Atletiko"lu həmyaşıdları ilə yoldaşlıq oyununa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə