AFFA-nın İcraiyyə Komitəsinin iclasında hansı məsələlər müzakirə olunacaq?

Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Siasport.az saytının məlumatına görə, saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi

2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması

3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi

4. Digər məsələlər

Bütün xəbərlər Facebook səhifəmizdə