Rusiya boksçuları ilə “Baku Fires” arasında matçın yeri dəyişdirilib

Rusiya boksçuları ilə “Baku Fires” arasında matçın yeri dəyişdirilib

Ümumdünya Boks Seriyasının (WSB) qrup raundunun dördüncü turunda Rusiya komandası ilə "Baku Fires" arasında matçın keçiriləcəyi yer dəyişdirilib. Siasport.az saytının məlumatına görə, dekabrın 14-nə təyin edilmiş görüş Sankt-Peterburqda keçiriləcək. Rusiya komandası cari mövsümdə bundan əvvəlki iki "ev matçını" da Sankt-Peterburqda keçirmişdi. "Baku Fires" komandasına qarşı görüşün Moskvada keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan qərara alındı ki, bu matç da Neva sahillərində keçirilsin.
Xatırladaq ki, ilk üç turdan ikisində qalib gəlmiş, birində isə məğlub olmuş "Baku Fires" komandası hazırda öz qrupunda üçüncü yeri tutur. Aktivində bir qələbə və iki məğlubiyyət olan rusiyalılar isə dördüncü yerdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə