AZAL-ın uğursuz seriyası başa çatdı STATİSTİKA

AZAL-ın uğursuz seriyası başa çatdı STATİSTİKA

Bakının AZAL klubunun qələbəsiz oyunlar seriyası başa çatıb. Siasport.az saytının məlumatına görə, ardıcıl 10 oyunda qələbə qazana bilməyən Vaqif Sadıqovun yetirmələri Topaz Premyer Liqasının XVI turunun "Rəvan"la görüşündə meydanı qalib kimi tərk edib – 2:1. Sonuncu dəfə V turda qələbə qazanan AZAL sentyabrın 1-də səfərdə "Qarabağ"ı məğlub etmişdi – 1:0. 98 gündən sonra yenidən 3 xal əldə edən AZAL bu müddətdə 6 heç-heçə edib və 4 dəfə məğlub olub.

Qeyd edək ki, bu uğursuzluq zolağı klubun tarixində ən uzun qələbəsiz matçlar seriyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə