Mustafa Dənizli Necati Ateşi və İbrahim Toramanı Lənkərana gətirir?

Mustafa Dənizli Necati Ateşi və İbrahim Toramanı Lənkərana gətirir?

Mustafa Dənizlinin "Xəzər Lənkəran"ın baş məşqçisi olmasından sonra, Türkiyə mətbuatında cənub təmsilçisinə böyük marağ yaranıb. Siasport.az saytı xəbər verir ki, "TRT haber" kanalı futbol üzrə Türkiyə millisinin 2 sabiq üzvünün cənub təmsilçisinə transfer olunacağı barədə xəbər yayıb. Sən demə, "ağ-yaşıllar"ın yeni çalışdırıcısı Mustafa Dənizli Necati Atəş və İbrahim Toramanı sərəncamında görmək istəyir. "TRT Haber" iddia edir ki, "Əskişəhərspor"un formasını geyinən Atəşlə "Beşiktaş"ın özünə komanda tapmağı tapşırdığı Toraman qış fasiləsində cənub təmsilçisinə transfer olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə