Ronaldo: "Almaniya hər zaman favoritdir"

Ronaldo: "Almaniya hər zaman favoritdir"

Madrid "Real"ının portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo, "DÇ-2014"ün püşkünü dəyərləndirib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Portuqaliya millisinin forvardı, dünya çempionatında Almaniya millisini favorit hesab edir: "DÇ-2014"ün püşkünü izləmədim. Çünki həmin vaxt yatmışdım. Rəqiblərimizə gəldikdə Almaniya hər zaman favoritdir. Qana və ABŞ isə yaxşı komandalardır. Dünya çempionatından əsas gözləntim bacardıqca irəliləməkdir. Təbii ki, hər bir futbolçu kimi mən də yığma komanda ilə uğur qazanmaq istəyirəm. Ancaq mundialın başlamasına çox var. Hələ ki, bütün diqqətimi klubuma yönəltmişəm. Bu mövsüm yaxşı çıxış edirik. Klubumla titullar qazanacağıma inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə