"Bakı" futbol klubunun daha bir komandası İspaniyanın paytaxtı Madridə yola düşüb. Siasport.az saytının məlumatına görə, komanda klubun təlim-məşq bazasının yaxınlığında yerləşən "Eurostars Hotel"də məskunlaşıb.
U-14 komandası bu gündən etibarən hazırlıqlara başlayacaq. Proqrama intensiv məşqlərlə bərabər mədəni tədbirlər də daxil edilib. Azərbaycanlı uşaqlar ilk olaraq paytaxt Madridə ekskursiyaya çıxaraq, bu tarixi şəhərin görməli yerləri ilə tanış olacaqlar.
12 gün davam edəcək toplantı çərçivəsində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
"Atletiko"da uzunmüddətli təlim keçən "Bakı"nın 5 futbolçusu da düşərgəyə qatılıb. Onlar qarşıdan gələn günlərdə U-14 komandasının üzvləri ilə birlikdə olacaqlar.
Komandanın üzvləri "Atletiko"nun futbolçuları ilə görüşəcək, kumirləri ilə ünsiyyətdə olmaq və onlara suallar vermək imkanı qazanacaqlar. Yeniyetmə futbolçular "Atletiko"nun 3 oyununu da canlı izləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB