Milinko Pantiç: "Meydançanın vəziyyəti yaxşı deyildi"

Topaz Premyer Liqasının 16-cı turunda Sumqayıtda eyniadlı komandanın qonağı olan "Bakı" rəqibini 2:1 hesabı ilə məğlub edib. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Bugünkü oyunda qələbə qazandıq, lakin meydançanın vəziyyəti yaxşı deyildi. Bu cür hava şəraitində də oynamaq çətindir. Bəxt bu gün bizim tərəfimizdə idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana blmədik. İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə münasibəti ilə təbrik edirəm. Heyətimizdə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev üçün çətin olsa da, uğurlu çıxış etdilər".

Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Maraqlı oyun getdi. Hiss olunurdu ki, komandam uduzmaq istəmir. Qələbəyə oynayırdıq. Hava şəraiti də oyuna təsir etdi. Nəticədən razı deyiləm, amma komandanın oyunundan razıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə