Topaz Premyer Liqasının 16-cı turunda "Qarabağ" "Neftçi" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, rəqibini 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində yenidən vahid lider olub. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Nazim Süleymanov, "Neftçi" klubunun baş məşqçisi: "Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil etdi. İlk qolda diqqətsiz oynadıq. Rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq. Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. "Qarabağ"ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur. Bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdır".
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu. "Neftçi" təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədir. İlk qarşılaşmada komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB