Eduard Məmmədov: "Hakimlər xallarımı vermədilər"

Eduard Məmmədov: "Hakimlər xallarımı vermədilər"

"Dördüncü görüşdə qazax idmançı ilə döyüşdüm. Onu xal hesabı ilə məğlub etdim, ancaq hakimlər xallarımı vermədilər". Bu sözləri Siasport.az saytına kikboksinq üzrə dünya çempionatında bürünc medal qazanmış Azərbaycan idmançısı Eduard Məmmədov deyib. O, hakimlərin ədalətsizliyinə baxmayaraq, medal qazandıqlarını qeyd edib: "Bütün bunlara baxmayaraq, yenə də bürünc medal qazandım. Hər bir idmançı məğlub olmağı da bacarmalıdır. İdmançılarımız yaxşı döyüşdülər. Hakimlər tərəfindən haqsızlıq oldu. Buna baxmayaraq, Vətənə medallarla qayıtdıq. İnşAllah, növbəti yarışlarda daha yaxşı uğurlar qazanacağıq.

Yığma komadanın baş məşqçisi Ehram Məciodov, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və yığma komandanın rəisi Sadıq Bağırovun bizə böyük dəstəyi oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə