Dünya çempionatında uğurla çıxış etmiş kikboksçularımız Vətənə qayıtdılar

Dünya çempionatında uğurla çıxış etmiş kikboksçularımız Vətənə qayıtdılar

Antalyada keçirilən kikboksinqin WAKO (Dünya Kikbonsinq Təşkilatları Assosiasiyası) versiyası üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımız Vətənə qayıdıblar. Siasport.az saytının məlumatına görə, gecə saatları olmasına baxmayaraq, yığma komandamızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, çox sayda azarkeş və idmançılar qarşılayıblar. İdmançılarımıza gül dəstələri təqdim olunub.

Daha sonra medal qazanmış idmançılarımızla xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, yığma komandamız dünya çempionatında 3 medal qazanıb. Kikboksinqin full-kontakt növündə Eduard Məmmədov (60 kq) bürünc, Elnur Darışgil (63) gümüş, kik-layt növündə isə Fuad Zeynalov bürünc medal qazanıb.

Qeyd edək ki, Fuad Zeynalov bu növdə medal qazanan ilk Azərbaycan kikboksçusudur.

Bütün xəbərlər Facebook səhifəmizdə