Rahid Əmirquliyev - 250-ci oyun

Sabah keçiriləcək "İnter" - "Xəzər Lənkəran" matçı kapitan Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Siasport.az saytının məlumatına, ağ-yaşıl formada ən çox oyun keçirmiş futbolçu sabah komandanın heyətində 250-ci rəsmi matçına çıxacaq. "Xəzər Lənkəran" TV sizi Rahidin bu günə qədər gəldiyi yola birlikdə nəzər salmağa dəvət edir. Əmirquliyevin debüt oyunu, ilk qolu, ilk çempionat qolu və karyerasından digər maraqlı məqamlarla aşağıdakı videoçarxda tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə