"Sumqayıt" klubu Topaz Premyer Liqasının 16-cı turunda "Bakı" ilə üz-üzə gələcək. Siasport.az saytının məlumatına görə, Sumqayıtda paytaxt klubunu qəbul edəcək Aqil Məmmədovun yetirmələri hazırlığını davam etdirir. Son məşqdə qapıçı Tərlan Əhmədli zədəli olduğu üçün iştirak etməyib. Zədəsini sağaltmış Aleksandr Çertoqanov isə artıq komanda ilə birlikdədir.
Qeyd edək ki, "Sumqayıt" - "Bakı" oyunu dekabrın 8-də, saat 17:00-da Sumqayıtda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB