Millimiz Avropa çempionu oldu

Macarıstanda paralimpiyaçılar arasında keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, komanda yarışlarında millimiz Türkiyə və Rusiya yığmalarına qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə Ukrayna kollektivini 3:2 hesabı ilə məğlub edən milli komandamız Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə