Topaz Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" Zaqatalada sonuncu məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, iki saatlıq hazırlıq prosessi qaçış və isinmə hərəkətləri ilə başlayıb. Qısa və uzun ötürmələrdən ibarət təmrinlər yerinə yetirildikdən sonra məşqçilər korpusu yetirmələrini iki qrupa bölüb. Kubok matçında əsas heyətdə forma geyinmiş futbolçular "kvadrat" oynadıqdan sonra hazırlığı tamamlayaraq, istirahətə çəkiliblər. Digərləri isə taktiki tapşırıqları yerinə yetirib, ikitərəfli oyundan sonra isə qapıya zərbələr məşq edilib.
Rəqiblərin 20-ci dueli ərəfəsində "Simurq"un ev sahibindən az da olsa üstünlüyü var. Son 5 oyunda komanda "Qəbələ"yə məğlub olmayıb. Buna baxmayaraq "Qəbələ" cari mövsümdə cempionluğa ən iddialı komandalardan biridir və hazırda turnir cədvəlində liderdən iki xal geri qalır.
"Simurq" bu gün son məşqini Qəbələdə qarşılaşmanın oynanılacağı meydançada keçəcək.
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu dekabrın 8-də, saat 14:00-da start görürəcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanın baş hakimi isə Rəhim Həsənov olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB