"Sumqayıt" klubu artıq özünə yeni baş məşqçi tapıb. Siasport.az saytı Sportal.az-a istinadən xəbər verir ki, iki gün sonra baş tutacaq "Sumqayıt" - "Bakı" matçından sonra meydan sahibləri xal qazana bilməzsə, hazırkı baş məşqçi Aqil Məmmədov tutduğu vəzifədən azad ediləcək. Artıq onu kimin əvəzləyəcəyi də məlumdur. Bu, 19 yaşlılardan ibarət milli komandamızın sabiq baş məşqçisi Arif Əsədovdur.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 15 turdan sonra 7 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB