Xorvatiyanın paytaxtı Zaqrebdə fiqurlu konkisürmə üzrə "Golden Spin" beynəlxalq turniri keçirilir. Siasport.az saytının məlumatına görə, bu turnirdə Azərbaycanı Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü təmsil edir. Çempionatda keçirilən qısa rəqs nominasiyasında təmsilçilərimiz 57,28 balla birinci olublar. İkinci yerə 56,08 balla Pernel Karron-Lloyd Cons (Fransa) cütlüyü, üçüncü yerə isə 53,94 balla Sara Urtado-Adriya Dias (İspaniya) cütlüyü çıxıb.
Əsas rəqs nominasiyası üzrə yarışlar dekabrın 6-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB