Dekabrın 13-15-də Azərbaycan Respublikası Atçılıq Federasiyası kuboku uğrunda atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutacaq yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın idmançı 45 atla mübarizə aparacaq.
Yarışı Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcək.
Tədbirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB