Respublika turniri keçiriləcək

Dekabrın 7-dən 9-dək Masallı rayon Olimpiya İdman Kompleksində əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş 1997-1998-ci il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri arasında XIX ənənəvi Respublika turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, yniyetmə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.

Turnir FİLA-nın mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər təşkilatçılar tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...