Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının dördüncü turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, İtaliyanın Piaçenza şəhərindəki "Palabanca" Arenada yerli "Rebeççini" komandası Azərbaycan təmsilçisi - Bakının "İqtisadçı" komandasını qəbul edib.
Almaniyalı hakim Ralf Barnstrofun idarə etdiyi oyunda "Rebeççini" komandası 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupa 10 xalla Rusiyanın "Dinamo" (Moskva) komandası liderlik edir. "Rebeççini" 9 xalla ikinci, "İqtisadçı" isə 5 xalla üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB