Ronadlo Almaniya, Braziliya və İspaniya millilərindən çəkinir

Ronadlo Almaniya, Braziliya və İspaniya millilərindən çəkinir

Futbol üzrə Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "DÇ-2014"ün püşkatmasında qarşılaşmaq istəmədiyi yığmaların adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu barədəki fikirlərini "Marca"ya etiraf edən 28 yaşlı portuqaliyalı hücumçu bu turnirin favoriti hesab etdiyi - Braziliya, İspaniya və Almaniya ilə düşmək istəmədiyini deyib: "Püşkatma ilə kimlərlə eyni qrupda qarşılaşacağımız dəqiqləşəcək. Yaxşı vəziyyətdəyik və özümüzə inanırıq. Braziliyada oynamaq hüququ əldə etdik. Ümid edirəm ki, turnirin əvvəlində güclü komandalarla qarşılaşmarıq". Qeyd edək ki, "DÇ-2014"ün püşkü bu gün, Bakı vaxtı ilə saat 20:00-da atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə