Abbas Ağalaravun xatirə turniri başlayıb

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında əməkdar məşqçi, Respublikamızda boksun banisi olan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib. Siasport.az saytının məlumatına görə, yarışda gənc boksçularımızla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Ukrayna komandaları da iştirak edirlər. Azərbaycan komandası turnirdə baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında geniş tərkibli heyətlə mübarizə aparır. Yarışa dekabrın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə