İki cüdoçumuz Avropa çempionatının final mərhələsində

İki cüdoçumuz Avropa çempionatının final mərhələsində

Macarıstanın paytaxtı Budapeştdə paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, yarışın ikinci günü iki idmançımız qitə birinciliyinin final mərhələsinə yüksəlib.
Səbinə Abdullayeva (57 kq) macarıstanlı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) isə rusiyalı rəqibinə qalib gələrək həlledici mərhələyə yüksəliblər.
Qeyd edək ki, çempionatın ilk günü Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) qızıl, Elçin Talıbov (60 kq) bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə