Azərbaycanın ən güclüləri müəyyənləşdi

Azərbaycanın ən güclüləri müəyyənləşdi

Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatı (birinci dəstə) başa çatıb. Siasport.az saytının məlumatına görə, İsveçrə sistemi ilə doqquz turdan ibarət olaraq keçirilmiş yarışda Sumqayıt şahmatçısı Misrətdin İsgəndərov və Yevlax sakini Fariz Əhmədov yeddi xal toplayaraq birinci və ikinci yerləri bölüşdürüblər.
Əlavə göstəricilərə görə çempionatın qalibi adını Misrətdin İsgəndərov qazanıb. Birincilikdə üçüncü yerin sahibi isə aktivinə 6.5 xal yazan Naxçıvan MR-nın şahmatçısı Urfan Sevdimalıyev olub.
Çempionatda birinci yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanıb.
Birinci-dördüncü yerləri tutan şahmatçılara Azərbaycan Şahmat Federasiyası tərəfindən pul mükafatları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə