Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz"lə oyundan sonra "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov matçla bağlı fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, mütəxəssis qarşılaşmanın maraqlı keçdiyini qeyd edib: "Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq. Rəqibin I Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. "Kəpəz" 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir, bu cür oyunlara ciddi yanaşmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB