Mustafa Dənizli: "Vəziyyətimizi yaxşılaşdırmalıyıq”

"Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq vacib idi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçala" ilə oyundan sonra deyib. Baş məşqçi komandasına inandığını qeyd edib: "Komandanın nəyə qadir olduğunu bilmirəm. Bu qələbə ilə uğursuzluğa son qoyduq. Komandama inanıram, qarşıda çox işlərimiz var . Komandanın Premyer Liqadakı mövqeyini yaxşılaşdırmağa çalışacağıq. İlk dövrə bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...