Azərbaycan yığması Rusiyada keçirilən turnirdə üç medal qazanıb

Moskvada qadınlar arasında idman gimnastikası üzrə Mixail Voronin Kuboku uğrunda yarışlar başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışlarda Azərbaycan komandası da iştirak edib. Anna Pavlova və Marina Nekrasova ilə təmsil olunan Azərbaycan yığması vətənə üç medalla qayıdıb. Şəxsi çoxnövçülükdə hərəkətlərin yekununa görə Pavlova (53,6 bal) ikinci yeri, Nekrasova isə üçüncü yeri tutub.
Şəxsi çoxnövçülükdə 53,9 bal toplayan Ukrayna idmançısı Alyona Vasilyeva birinci olub.
Komanda birinciliyində Azərbaycan yığması yalnız Rusiya yığmasından geri qalaraq gümüş medal qazanıb. Bürünc medal "Dinamo" klubunun yığmasına qismət olub.
Yarışların mükafatçılarına medalları Olimpiya çempionu Aliyə Mustafina təqdim edib.
Turnir kişilər və qadınlar arasında çoxnövçülüyün ayrı-ayrı təmrinləri üzrə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...