Azərbaycan Kubokunun 5 1/4 finalçısı müəyyənləşdi

Azərbaycan Kubokunun 5 1/4 finalçısı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları davam edir. Siasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqə qazananlar siyahısına "Rəvan", "Bakı", "Qəbələ" və "Neftçi" ilə yanaşı, "Araz Naxçıvan" da adını yazdırıb.

Qeyd edək ki, bu gün "Qarabağ" - AZAL, "İnter" - "Şuşa", "Xəzər Lənkəran" – "Neftçala" oyunlarında növbəti 1/4 finalçılar müəyyənləşəcək.

Nəticələri nəzərinizə çatdırırıq.

Azərbaycan Kuboku

1/8 final

4 dekabr (çərşənbə)

"Qaradağ Lökbatan" – "Rəvan" 2:5 (1:3)

Qollar: İvan Pexa, 21 (0:1), Rüfət Məmmədov, 24 (1:1), Vüsal Qarayev, 29 (1:2), Elnur Abdulov, 42-pen. (1:3), Anar Həsənov, 59-pen (2:3), Rəşad Abdullayev, 64 (2:4), Vüsal Qarayev, 90+3 (2:5).

Qırmızı vərəqə: E.Cəfərov, 42 (Qaradağ Lökbatan).

Bakı. "Bayıl Arena".

"Bakı" – "Sumqayıt" 2:1 (0:0)

Qollar: Aleksandr Şoliç, 59-pen (1:0), Slavik Alxasov, 86 (1:1), R.Ristoviç, 90+3 (2:1).

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

"Mil-Muğan" – "Qəbələ" 1:2 (1:2)

Qollar: Elnur Məmmədov, 3 (1:0), Leonardo da Silva, 18 (1:1), Abdulvahid Afolabi, 20 (1:2).

Qırmızı vərəqə: Çərkəz Həsənov, 17 (Mil-Muğan).

Qəbələ. Şəhər stadionu.

"Neftçi" – "Kəpəz" 1:0 (0:0)

Qol: Ernest Nfor, 57 (1:0)

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

"Araz Naxçıvan" – "Simurq" 2:2 (penaltilərlə 4:2)

Qollar: Rəşad Eyyubov, 17-pen (0:1), David Canalidze, 45-pen (1:1), Rəşad Eyyubov, 80 (1:2), Bəxtiyar Soltanov, 88 (2:2).

Naxçıvan Muxtar Respublika stadionu.

"Qarabağ" - AZAL 0:0 (1-ci hissə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. İnter - Şuşa

Bakı. "Şəfa" stadionu.

17:00. Xəzər Lənkəran - Neftçala

Lənkəran. Mərkəzi stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə