Ronaldo: "Biz Barselona"dan daha çox "Atletiko"dan çəkinirik"

Ronaldo: "Biz Barselona"dan daha çox "Atletiko"dan çəkinirik"

Madrid "Real"ının portuquqaliyalı ulduz futbolçusu Kriştiyanu Ronaldo, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol ulduzu çempionluq yolunda onlar üçün ən böyük maniənin bir başqa Madrid təmsilçisi olan "Atletiko" olduğunu etiraf edib. K.Ronaldo bildirib ki, onun komandasının ən çox çəkindikləri klub məhz "Atletiko"dur: "Şübhəsiz ki, "Barselona"nı da yaddan çıxarmaq olmaz. Amma zirvəyə gedən yolda əsas rəqibimiz məhz "Atletiko"dur. Olduqca güclü və perspektivli futbolçulardan təşkil olunmuş komandadır. Açıqını deyim ki, biz çempionluq yolunda "Barselona"dan daha çox "Atletiko"dan çəkinirik. Əla baş məşqçiləri və texnikalı futbolçuları var. Bu mövsüm, sadəcə bir məğlubiyyət və bir bərabərlik alan bu komandanın nəyə qadir olduğunu deməyə əlavə heç nə lazım deyil. Çempionluq yolundakı rəqiblərimiz çox güclüdürlər."-deyə K.Ronaldo fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə