Çempionlar Liqasının E qrupunda mübarizə aparan "Azəryol" voleybol klubu İtalyanın "Konelyano" komandasını qəbul edib. Siasport.az saytının məlumatına görə, səfərdə 2:3 hesabı ilə məğlub olan qızlarımız doğma divarlar arasında azarkeşlərə qələbə sevinci yaşadıblar. İlk hissədən oyuna üstün başlayan qızlarımız seti 25-23 hesabı ilə qalib başa vurublar. Məğlubiyyətlə barışmaq istəməyən qonaqlar ikinci hissədə sonadək mübarizə aparıblar və idman şansı qonaqların xeyrinə olub. Belə ki, gərgin keçən mübarizədə 32-30 hesabı ilə "Konelyano" qalib olub. III və IV hissələr isə komandamızın xeyrinə başa çatıb - 25:22, 25:23. Gözəl oyun nümayiş etdirən qızlarımız rəqibə heç bir xal vermədən hesablarına 3 xalı yazdırıblar.
Komandamızın növbəti qarşılaşması 10 dekabr tarixində doğma divarlar arasında Türkiyə təmsilçisi "Qalatasaray" klubu ilə olacaq.
|
Konegliano |
4 |
3 |
1 |
10-8 |
415-388 |
7 |
|
Qalatasaray |
3 |
2 |
1 |
8-4 |
290-261 |
7 |
|
Azəryol |
4 |
2 |
2 |
9-9 |
400-411 |
6 |
|
Yamamay |
3 |
0 |
3 |
3-9 |
234-279 |
1 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB