Leonel Messi dünya çempionatının ən varlı futbolçusudur!

2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının ən bahalı 20 futbolçusu müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Məlumata görə, siyahıda daha çox İspaniya və Braziliya millisinin oyunçuları üstünlük təşkil edib. DÇ-2014-ün ən bahalı futbolçusu Argentina yığmasında Lionel Messidir. Portuqaliyadan Kriştiano Ronaldo ikinci, İspaniya millisindən Andres İnyesta üçüncüdür.

1. Lionel Messi (Argentina) - 125 milyon avro
2. Kriştiano Ronaldo (Portuqaliya) - 105 milyon avro
3. Andres İnyesta (İspaniya) - 70 milyon avro
4. Edinson Kavani (Uruqvay) - 65 milyon avro
5. Radamel Falkao (Kolumbiya) - 60 milyon avro
6. Xuan Mata (İspaniya) - 49 milyon avro
7. Serxio Busgets (İspaniya) - 48 milyon avro
8. Robin van Persi (Hollandiya) - 46 milyon avro
9. Neymar (Braziliya) - 45 milyon avro
10. Məsut Özil (Almaniya) - 44 milyon avro
11. Mario Qötze (Almaniya) - 43 milyon avro
12. Halk (Braziliya) - 42 milyon avro
13. Ueyn Runi (İngiltərə) - 41 milyon avro
14. Bastian Şvaynştayqer (Almaniya) - 39 milyon avro
15. Tiaqo Silva (Braziliya) - 38 milyon avro
16. Kərim Benzema - 37 milyon avro
17. İsko (İspaniya) - 36 milyon avro
18. Jerard Pike (İspaniya) - 34 milyon
19. Oskar (Braziliya) - 33 milyon avro
20. Qonzalo İquain (Argentina) - 32 milyon avro

Bütün xəbərlər Facebook səhifəmizdə