Sabah ölkə kubokunun 1/8 final mərhələsində "Bakı" doğma meydanda "Sumqayıt"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün oyunöncəsi son məşqini keçirib.
Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq dartınma hərəkətləri ilə davam edib. Ardından 4 qrupa bölünən futbolçular müxtəlif isinmə təmrinlərini icra ediblər. Meydanın digər hissəsində isə Muarem Zeki qapıçılara ayrıca məşq keçib. Daha sonra 3 qrupa bölünən futbolçular "kvadrat" oynayaraq, qısa məsafələrə sürətli qaçış tapşırığını yerinə yetiriblər. Bir saat 15 dəqiqə davam edən hazırlığın son bölümündə "narıncılar" və "göylər" olmaqla ikitərəfli oyun keçirilib. Yekunda "göylər" (1:0) üstün olub. Onu da qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Əfran İsmayılov yardımçı meydançada qaçıb. Mario Rubio isə kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Əziz Quliyev və Vadim Abdullayev isə müalicəsini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB