"Qarabağ" Miro Varvodiçlə yollarını ayırdı

"Qarabağ" Miro Varvodiçlə yollarını ayırdı
"Qarabağ" klubu Miro Varvodiçlə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, qarşılıqlı razılaşma əsasında 24 yaşlı qolkiperlə müqavilə ləğv edilib. Xorvatiyalı oyunçu bu barədə açıqlama verib: "Qarabağ"da 1,5 il möhtəşəm zaman keçirtmişəm. İlk dəfə "Köln"dən "Qarabağ"a gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda, karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərinçə yaxşı qolkiper və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. "Qarabağ" karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. "Qarabağ"da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə