Cüdo üzrə şəhərlərarası turnirə yekun vurulub

Cüdo üzrə şəhərlərarası turnirə yekun vurulub

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş cüdo üzrə II şəhərlərarası turnirə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 2000-2002-ci il təvəllüdlü oğlanlar iştirak ediblər. Yarışa Sumqayıt və Bakının 8 komandası ilə yanaşı, Gəncə və Siyəzənin hər birindən 2 komanda, həmçinin Xaçmaz, Quba, Şabran, Ağcabədi, Bərdə, Göyçay, Qusar, Yevlax, Qubadlı, Qəbələ və Zaqatala komandaları da qatılıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif çəki dərəcələrində Şəhram Abbasov, Rüfət Şövlətov, Kamran Qasımov, Nicat Rzazadə, Rüfət Məmmədov, Nicat İsmayılov, Rauf Abdullayev, Sabir İsmayılov, Qnyaz Mahmudlu və Süleyman Yaqubov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə